Azərbaycanda spirtdən zəhərlənib ölənlərlə bağlı RƏSMİ AÇIQLAMAbackend

Azərbaycanda spirtdən zəhərlənib ölənlərlə bağlı RƏSMİ AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mart ayının 21-dən metil spirti içən doqquz nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib”.

Bu barədə  məlumatı TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva verib.

“Zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilənlərdən dördü ölüb, beşin isə vəziyyəti stabildir”, – R.Əliyeva qeyd edib.

Qeyd edək ki, martın 21-dən 30-dək Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə metil spirti zəhərlənməsi diaqnozu ilə doqquz xəstə müraciət edib. Zəhərlənənlərdən dördü ölüb.

İnterpress.az