Bakıda kişi qonşusunu bıçaqladıbackend

Bakıda kişi qonşusunu bıçaqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda bıçaqlanma hadisəsi baş verib.

İnterpress.az xəbər verir ki, hadisə ötən gün paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsi, Südçülük sovxozu, Yeni sahə yaşayış massivində qeydə alınıb.

Belə ki, sözügedən ünvanda yaşayan Seymur Rəhimov ilə qonşusu, 1965-ci il təvəllüdlü Dadaş Əliyev arasında mübahisə yaranıb.

Yaranan mübahisə zəminində S.Rəhimov D.Əliyevə qarın boşluğu nahiyyəsindən bir bıçaq zərbəsi ilə xəsarət yetirib.

Hadisəni törətməkdə şübhəli bilinən S.Rəhimov saxlanılıb, istintaqa verdiyi ifadəsində törətdiyi cinayəti etiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

İnterpress.az