Həkim onu koronavirusa yoluxduran sevgilisini boğub öldürdübackend

Həkim onu koronavirusa yoluxduran sevgilisini boğub öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirusun dayanmadan can aldığı İtaliyada virusun səbəb olduğu qətl hadisəsi qeydə alınıb.

Xəstəxanalardan birində kiçik tibb işçisi işləyən gənc həkim sevgilisini boğaraq öldürüb.

Sondakika.com xəbər verir ki, 28 yaşlı Antonio De Pace polisə verdiyi ifadədə Lorena Quarantanı onu koronavirusa yoluxdurduğu üçün öldürdüyünü deyib.

De Pace qətli törətdikdən sonra polis idarəsinə gələrək, törətdiyi əməli etiraf edib.

Qadının meyitini evdə tapan polis De Pacenin biləklərində kəsiklər aşkar edib. Onun sevgilisini öldürdükdən sonra intihar etmək istədiyi məlum olub.

İnterpress.az