Ötən il Azərbaycana qarşı casusluq edənlərin sayı açıqlandıbackend

Ötən il Azərbaycana qarşı casusluq edənlərin sayı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirlər Kabinetinin 2019-cu il üzrə hesabatında Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti ilə məşğul olanların sayı açıqlanıb.

İnterpress.az-ın xəbərinə görə, hesabatda yazılıb ki, başqa dövlətlərin xüsusi xidmət orqanları ilə 15 nəfər əməkdaşlıq edib.

Sözügedən şəxslərdən 12-si Azərbaycan, biri Rusiya, biri İran, biri isə Gürcüstan vətəndaşıdır.

Bundan başqa, bir nəfər Azərbaycan vətəndaşının əməkdaşlığa cəlb edildiyi qeyd olunub.

Xatırladaq ki, Nazirlər Kabinetinin hesabatını aprelin 7-də Baş nazir Əli Əsədov təqdim edəcək.

İnterpress.az