Parisin bazarlarından birini morqa çevirəcəklərbackend

Parisin bazarlarından birini morqa çevirəcəklər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Parisin Val-de-Marn departamentində yerləşən iri Ranjis bazarının soyuducu-ambarlarından birini morqa çevirəcəklər.

“Kommersant” xəbər verir ki, buna yerli xəstəxanaların morqlarının cəsədlərlə dolması səbəb olub.

Qeyd etmək lazımdır ki, İl-de-Fransda artıq 1406 nəfər koronavirusun qurbanı olub.

Fransa höküməti hesab edir ki, həmin ambarda 800-dən minədək cəsəd saxlamaq olar.

Xatırladaq ki, son məlumatlara əsasən ölkədə təxminən 58 min nəfər koronavirusa yoluxub, dörd mindən çox insan isə onun qurbanı olub.

İnterpress.az