Apteklərdə saxta məhsul: Bakıda metanol qurbanlarının sayı yeddiyə çatdıbackend

Apteklərdə saxta məhsul: Bakıda metanol qurbanlarının sayı yeddiyə çatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının bir sıra apteklərində tibbi (etil) adı altında satılan metil spirtindən zəhərlənmə nəticəsində daha iki nəfər ölüb. Bu günə qədər zəhərlənən 12 nəfərdən yeddisi həyatını itirib.

Bu barədə  Azərbaycanın baş toksikoloqu Azər Maqsudov məlumat verib.

Aprelin 2-də, saat 03:40 radələrində 1963-cü il təvəllüdlü Adil Yaxşıyev Bakının Suraxanı rayonundan Toksikoloji Mərkəzə çatdırılıb. Məlum olub ki, o, saxta spirt içib. Saat 06:00-da xəstə ölüb. Elə həmin gün daha əvvəl xəstəxanaya yerləşdirilmiş başqa bir xəstə də həyatını itirib.

Aprelin 2-nə olan məlumata görə, Toksikoloji Mərkəzdə metanoldan beşi ölümcül olmaqla, 11 zəhərlənmə faktı qeydə alınıb.

Hazırda Azərbaycan Qida Təhlükəsizliyi Dövlət Agentliyinin əməkdaşları “95%-li tibbi spirt”in gizli istehsalçılarını müəyyənləşdirmək məqsədilə araşdırmalara başlayıb.

İnterpress.az