Azərbaycanda bu gündən hərəkətə məhdudiyyət qoyuldubackend

Azərbaycanda bu gündən hərəkətə məhdudiyyət qoyuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirlər Kabinetinin koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında qərarı bu gündən qüvvəyə minib.

İnterpress.az bildirir ki, əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədi ilə “Sanitariya-epidemioloji salamatlıq haqqında” qanunun 25-ci maddəsi əsasında Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən, aprelin 5-dən 20-dək ölkə ərazisində müvafiq hərəkət məhdudiyyətləri tətbiq edilir.

Qaydaları pozanlar isə qanunda müəyyən olunmuş şəkildə cəzalandırılacaqlar. Artıq bu gündən başlayaraq icazə sənədi hesab edilən “Fərqlənmə Nişanı” olmadan taksi fəaliyyəti göstərən sürücülər YPX əməkdaşları tərəfindən saxlanılır.

İnterpress.az