Kasilyas avrokubok finallarının dekabrda keçirilməsini təklif etdibackend

Kasilyas avrokubok finallarının dekabrda keçirilməsini təklif etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə İspaniya millisinin və Madrid “Real”ının keçmiş qapıçısı İker Kasilyas cari ildə avrokubok finallarının dekabr ayında keçirilməsini təklif edib.

Bu barədə o, “Twitter” hesabında yazıb.

Futbolçunun sözlərinə görə, sözügedən qərar qarşıdakı iki mövsümün yaz-payız sistemi ilə keçirilməsinə şərait yaradacaq.

“Mövsüm ləğv edilsin, yoxsa təqvim ili ilə uyğunlaşdırılsın? Əgər 3-4 ay sonra hər şey yaxşı olacaqsa, o zaman mövsümü başa çatdırmaq, avrokubok finallarını isə dekabrda keçirmək olar. Növbəti dünya çempionatı 2022-ci ilin noyabrında başlayır, düzəliş edin”, – deyə Kasilyas bildirib.

İnterpress.az