Bələdiyyə sədri barədə məlumatlar prokurorluğa göndərildibackend

Bələdiyyə sədri barədə məlumatlar prokurorluğa göndərildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Bərdə rayonu ərazisində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət qurumun əməkdaşları tərəfindən yerində araşdırılıb.

ETSN-in Mətbuat Xidmətindən verilən xəbərə görə, sözügedən əraziyə keçirilən baxış zamanı Bərdə rayonu, Göyüşlü bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsində iydə ağaclarının kəsildiyi və təbiətə 4810 manat məbləğində zərər dəydiyi müəyyən edilib.

Faktla bağlı Göyüşlü bələdiyyəsi barəsində akt tərtib olunub.

Dəymiş zərərin məbləği cinayət tərkibi yaratdığından, toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi və təqsirkarlar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Bərdə rayon Prokurorluğuna göndərilib.

İnterpress.az