Tanınmış gənc fəal koronavirusla bağlı beynəlxalq işçi qrupunda təmsil olunacaqbackend

Tanınmış gənc fəal koronavirusla bağlı beynəlxalq işçi qrupunda təmsil olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İslahatçı Gənclər” İctimai Birliyinin sədri, Editor.az İnformasiya Portalının baş redaktoru Fərid Şahbazlı COVİD-19 Gənclərin Beynəlxalq İşçi Qrupunda (Covid-19 Youth Task Force) təmsil olunacaq. Gənc fəal beynəlxalq işçi qrupunun Azərbaycan nümayəndəsi təyin edilib.
Bu barədə məlumat verən F.Şahbazlı bildirib ki, mənzil qərargahı Pakistanın İslamabad şəhərində yerləşən beynəlxalq təşkilat koronavirus pandemiyası ilə mübarizədə gənclərin beynəlxalq əməkdaşlığını hədəfləyir:
“Bu beynəlxalq təşkilat koronavirusla mübarizədə müxtəlif sahələrdə fərqlənən gənclərin birgə əməkdaşlığını ehtiva edir və hazırda Asiya, Avropa, Afrika, Karib dənizi, Balkan regionu , ABŞ və Çin daxil olmaqla dünyanın 20-dən artıq ölkəsindən olan nüfuzlu gənc liderləri ətrafında birləşdirir. “Covid-19 Youth Task Force” müxtəlif ölkərin dövlət qurumları, QHT, media qurumları və digər əlaqədar təşkilatlarla yaxından əməkdaşlıq edəcək.
COVİD-19 Gənclərin Beynəlxalq İşçi Qrupu Birləşmiş Millətlər Təşkilatının və Ümumdünya Səhiyyə Təşkilatının məqsədlərini dəstəkləyir”.

Tanınmış gənc fəal koronavirusla bağlı beynəlxalq işçi qrupunda təmsil olunacaq