Nyu-Yorkda koronaviruslu xəstələr kilsədə yerləşdiriləcəkbackend

Nyu-Yorkda koronaviruslu xəstələr kilsədə yerləşdiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nyu-Yorkda yerləşən Müqəddəs İohann kilsəsi koronavirusdan müalicə olunan xəstələrin ixtiyarına veriləcək.

Xəbəri “New York Times” nəşri dərc edib.

Nyu-York ABŞ-da koronavirus pandemiyasının mərkəzi hesab olunur. Burada 130 min şəxsdə COVID-19 aşkarlanıb, ölənlərin sayı isə 4700 nəfərə çatıb.

Kilsənin baş keşişi vurğulayıb ki, kilsə vəba epidemiyası zamanı olduğu kimi xəstələri qəbul etməyə hazırdır və bu, yeni təcrübə deyil.

İnterpress.az