Lukaşenko hökuməti istefaya göndərməklə hədələdi: “Əgər apteklərdə ləvazimat çatmasa…”backend

Lukaşenko hökuməti istefaya göndərməklə hədələdi: “Əgər apteklərdə ləvazimat çatmasa…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus Prezidenti Aleksandr Lukaşenko COVID-19-un yayıldığı şəraitdə tibb işçiləri üçün fərdi qoruyucu vasitələrin çatışmazlığı yaranacağı halda hökuməti istefaya göndərməklə hədələyib.

Bu barədə “Belta” nəşri yazıb.

“Mən baş nazirə və hökumətə xəbərdarlıq etmişəm – əgər həftənin sonunda məsul şəxslər mənə məruzə etsələr ki, apteklərdə, mağazalarda və ya xəstəxanalarda həkimlərin müdafiəsi üçün ləvazimat çatmır, hökumət olmayacaq, başqaları işləyəcək”, – deyə Lukaşenko bildirib.

İnterpress.az