Azərbaycanlı “oğru”ların savaşında daha bir həbsbackend

Azərbaycanlı “oğru”ların savaşında daha bir həbs

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, kriminal aləmdə Lekso Loqua adı ilə tanınan “oğru” Marten restoranında saxlanılıb.

Baxış zamanı onun üzrindən saxta sənəd və heroin tapılıb. O, Rusiya ərazisinə qanunsuz keçib. Çünki 2011-ci ildə onun Rusiyaya girişi qadağan edilib.

Qeyd edək ki, Lesko azərbaycanlı “qanuni oğru” Röşvən Lənkəranski ilə düşmən münasibətdə olan Qela Kardavanın klanı tərəfindən 2013-cü ildə “taclandırılıb”. İstanbulda keçirilən həmin “sxodka”da Lotu Qulinin qardaşı Namik Səlifov da “status” alıb.

Gürcü “qanuni oğru”lar Vaji, Rezo Lpotkipanidze, Ramaz Çinçaridze, İrakliya Qutı, Kaxi Parpaliya, Qela Kardava, Paata Malenkiy və Mamuka Çkaduanın “sxodka”dan sonra əyləşdiyi masaya gözlənilməz qonaqlar gəlib.

Onların arasında azərbaycanlı “qanunu oğru” Rövşən Lənkəranski, Taxi, Quram və Edik də olub. əvvəlcə Edik “sxodka”nın təşəbbüskarı olan Qela Kardava ilə söhbət edib. Daha sonra söhbət tərəflər arasında əlbəyaxa dava ilə nəticələnib. Gələnlər Qela Kardavanı bir neçə dəfə vurub. Davaya Rövşən Lənkəranski qarışanda isə Qela Kardava qaçıb.

İnterpress.az