“Onların günahı azərbaycanlı olmaları idi…” – Ağdaban soyqırımından 28 il ötür + VİDEObackend

“Onların günahı azərbaycanlı olmaları idi…” – Ağdaban soyqırımından 28 il ötür + VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni qəsbkarlarının xalqımıza qarşı törətdiyi Ağdaban faciəsindən 28 il ötür.

Ağdaban faciəsi qurbanlarının xatirəsini anmaq və faciəni yad edərək dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün hər il “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən anım mərasimi təşkil edilir.

"Onların günahı azərbaycanlı olmaları idi..." - Ağdaban soyqırımından 28 il ötür + VİDEO

İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, bu dəfə də faciənin dünya ictimaiyyətinə çatdırılması məqsədilə Ağdaban soyqırımı haqqında məlumatlar gənclər tərəfindən sosial şəbəkələr vasitəsilə beynəlxalq təşkilatlara, dünya ölkələrinin parlamentlərinə və xarici nümayəndəliklərə göndərilib.

Bu barədə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov məlumat verib.

"Onların günahı azərbaycanlı olmaları idi..." - Ağdaban soyqırımından 28 il ötür + VİDEO

O qeyd edib ki, tarixən Azərbaycan xalqının başına gətirilən faciələr tarixin qaranlıq səhifələrindən üzə çıxarılır, onlara hüquqi-siyasi qiymət verilir. Bu gün dövlətimizin başçısı İlham Əliyevin apardığı uğurlu xarici siyasət sayəsində xalqımızın başına gətirilən müsibətlər, Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılır. Bu işə Heydər Əliyev Fondu da mühüm töhfələr verir.

"Onların günahı azərbaycanlı olmaları idi..." - Ağdaban soyqırımından 28 il ötür + VİDEO

Erməni quldur dəstələri tərəfindən xalqımıza qarşı törədilən cinayətlərdən biri də Azərbaycanın əbədi və əzəli torpağı olan Qarabağın dilbər guşəsi Kəlbəcərin kənd və qəsəbələrində baş verib. Belə ki, Kəlbəcər rayonunun Ağdaban kəndinin sakinləri bu soyqırımı cinayətinin qurbanları sırasında yer alırlar. Qeyd edək ki, 1992-ci ilin aprelin 7-dən 8-nə keçən gecə erməni quldur dəstələri Ağdaban kənd sakinlərinin başına dəhşətli faciə gətirdilər. Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə erməni separatçıları tərəfindən yandırıldı, kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verildi. Belə ki, faciə zamanı 33 Ağdaban sakini qətlə yetirildi, yaşı 90-dan çox olan 8 qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri odda yandırıldı, 2 nəfər itkin düşdü, 12 nəfərə ağır bədən xəsarəti yetirildi. Bu, bir kəndin sakinlərinə qarşı törədilmiş amansız və insanlıq adına sığmayan faciə idi.

Ermənilər, bu faciə zamanı da Azərbaycanın mədəni irsinə qarşı vandalizm siyasəti törətdilər. Belə ki, şair Ağdabanlı Qurbanın və klassik aşıq şeirinin ustadlarından olan Dədə Şəmşirin əlyazmaları erməni cinayətkarları tərəfindən məhv edildi.