“Halal” kolbasada donuz əti aşkarlandıbackend

“Halal” kolbasada donuz əti aşkarlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Monitorinqlər nəticəsində bəzi firmaların fəaliyyətində ciddi nöqsanlar aşkar olunub.

Araşdırma zamanı “Evrokond” MMC-nin “Yuvelirnoye” nişanlı şəkəri, “Lakom” ASC-nin “Vesyoliy zoosad” nişanlı sərt peçenyelərinin ümumi mikroorqanizimlərin sayına görə standart tələblərə cavab vermədiyi aşkar olunub. Rusiyadan Azərbaycana idxal edilən “Rot Front” nişanlı “Leqenda” vaflisinin də sağlamlığa zərərli olduğu məlum olub.

Ət və ət məhsullarından olan “Lider R.M” nişanlı “Moskovskaya texnologiya” adlı bişmiş hisə verilmiş “Servelat kolbasası” ilə “İlahə-96″ İKM-ə məxsus kolbasalarda, o cümlədən “Aymin” MMC-nin də “Bakı” nişanlı bişmiş hisə verilmiş servelat kolbasasından məhsulun markalanmağında qeyd olunmayan donuz əti aşkar edilib.

Qeyd edək ki, bir müddət əvvəl istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə kolbasa məmulatlarının istehsalı ilə məşğul olan “Aymin” MMC haqqında İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulmağı əlamətləri üzrə iş qaldırılıb və “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərini pozduğuna görə, “Aymin” MMC-yə səkkiz min manat maliyyə sanksiyası tətbiq edilib.

Ölkədə satılan Polşanın “Mister Ron” nişanlı şokaladlı konfetindən isə bağırsaq çöpləri qrupundan olan bakteriyalar aşkar edilib.

İnterpress.az