Donbasda atəşkəsə ümumilikdə əməl olunurbackend

Donbasda atəşkəsə ümumilikdə əməl olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Donbassda atəşkəs rejimi Kiyev vaxtı ilə gecəyarıdan qüvvəyə minib.

\”Normand dördlüyü\” liderləri arasında əldə olunmuş razılığa əsasən atəşkəs rejiminin qüvvəyə minməsi ağır silahların təmas xəttindən çəkilməsi prosessilə müşayiət olunmalıdır.

Ukrayna hərbiyyəsinin məlumatına əsasən, atəşkəsin qüvvəyə minməsindən sonrakı ilk saatlarda ümumilikdə \”artilleriya sükutu rejiminə\” əməl olunub.

Ukrayna tərəfi qoşun mövgelərinin pərakəndə atəşə tutulduğunu qeyd edərək eyni zamanda ukraynalı hərbçilər arasında itki qeydə alınmadığını da xəbər verib.
Bunu öz Facebook səhifəsində Ukrayna Baş qərargahının katibi Vladislav Seleznyov bildirib.

Tanınmamış \”DXR\” rəsmisi Əduard Basturin isə bildirib ki, separatçılar \”ukrayna hərbçilərinin hərəkətlərini dəf etmək üçün əlahiddə hallarda atəş açmalı olublar\”.

İnterpress.az