Xəzəryanı ölkələrin xarici işlər nazirləri Bakıda görüşəcəkbackend

Xəzəryanı ölkələrin xarici işlər nazirləri Bakıda görüşəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşündən sonra keçirilən mətbuat konfransında deyib. O bildirib ki, toplantı çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi də planlaşdırılır.

Xarici işlər nazirlərinin müavinləri səviyyəsində Türkiyə, Azərbaycan və İran arasında üçtərəfli formatın olduğunu xatırladan nazir növbəti görüşün yaxın vaxtlarda İranda təşkil olunacağını açıqlayıb: “İran Rəşt-Astara dəmir yolu xəttini bərpa etmək niyyətindədir. Təəssüf ki, Azərbaycanın bəzi əraziləri Ermənistanın işğalı altında olduğundan dəmir yolunun o hissəsi fəaliyyət göstərmir. Biz İran və Azərbaycan arasında dəmir yolunu bərpa etmək və onu Rusiya və daha sonra Avropa ilə birləşdirmək niyyətindəyik”.

M. C. Zərif isə Xəzərin dostluq və əməkdaşlıq dənizi olduğunu söyləyib. O qeyd edib ki, İran Azərbaycanla bu sahədə əməkdaşlığı davam etdirmək niyyətindədir.

İnterpress.az