Sərkisyandan ilginc addımbackend

Sərkisyandan ilginc addım

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

S. Sarkisyan Ermənistan parlamentinin sədri Qalust Saakyana müvafiq məktubla müraciət edib.

Ermənistan-Türkiyə protokollarının imzalanmasından 6 il keçdiyini bildirən S. Sarkisyan bu müddət ərzində Türkiyə hökumətinin siyasi iradə nümayiş etdirmədiyini, əksinə “erməni soyqırımı”nın 100 illiyi öncəsi inkaretmə siyasətinin və tarixə düzəliş edilmə tendensiyasının geniş vüsət aldığını qeyd edib.

Ermənistan prezidenti qeyd edib ki, məsələnin həllinin vacibliyi haqqında dəfələrlə bəyanatlar versə də, Türkiyə rəhbərliyi bu çağırışları eşitməyib. “Bu üzdən də müvafiq protokolların Ermənistan parlamentindən geri çağırılması haqda qərar verdim”, – deyə o vurğulayıb.

İnterpress.az