Şirkət rəhbərinin işi məhkəməyə göndərilibbackend

Şirkət rəhbərinin işi məhkəməyə göndərilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstintaq zamanı cəmiyyətin sabiq direktoru İlham Səfərovun qulluq mövqeyindən istifadə etməklə Binəqədi rayonu ərazisində qaz xəttinin çəkilişi ilə əlaqədar “Azəriqaz” İstehsalat Birliyi ilə bağlanmış podrat müqaviləsinə əsasən həmin işlərin görülməsini subpodratçılara həvalə etməklə görülmüş işlərin müqabilində birliyin “Bank of Azərbaycan”ASC-dəki bank hesabından çıxardığı 455 min manat məbləğində pulu subpodratçılara ödəməyərək mənimsəməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham elan edilib.

İstintaq zamanı vurulmuş ziyanın əhəmiyyətli hissəsinin – 319 min manatın ödətdirilməsi təmin edilib.

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İnterpress.az