Padşah yenidən taxta çıxacaqbackend

Padşah yenidən taxta çıxacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Eyyubdakı mərasimdə sultan Əbdülhəmidin nəvəsi də iştirak edəcək.

Mərasimi Əyyub bələdiyyəsi təşkil edəcək. Əyyub bələdiyyəsinin başqanı Rəmzi Aydın layihənin həyata keçirilməsinin məqsədindən danışıb. Onun sözlərinə görə, məqsəd artıq tarixə qovuşan bir ənənəni dünyaya tanıtmaqdır: “Mədəniyyətimizə aid bir ənənəni həm Türkiyəyə, həm də dünyaya tanıda bilərik”.

Sultanın nəvəsi Əbdülhəmid Kayıhan Osmanoğlu da layihənin olduqca həyəcanlı olduğunu bildirib: “Bu layihə bizim üçün qürürvericidir. Biz də layihədə iştirak edəcəyik”.

İnterpess.az