“Hizbullah” lideri: “Biz kosmosdan gəlməmişik”backend

“Hizbullah” lideri: “Biz kosmosdan gəlməmişik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, o, “İndiyə qədər İraq məsələsindən danışmamışdıq, amma hazırda İraqın keçdiyi həssas dövrü nəzərə alaraq bu ölkədə məhdud sayda hərbi gücümüzün olduğunu bildiririk. Ətrafımızda baş verən hadisələrə görə tərəfsiz qala biləcəyimiz məntiqdən uzaqdır. Bizim bölgəmizin taleyini bölgəmiz yazır, tək bir ölkə yox” deyə vurğulayıb.

Suriyada Əsəd rejiminə İrandan sonra ən böyük dəstəyi verən “Hizbullah”ın lideri Nəsrullah bildirib ki, bölgədə baş verənlərdən kənarda qalmırlar: “Bizi bölgədə xaos yaratmaqda günahlandıranların dedikləri ciddi deyil. Fırtına gələrkən Livan olaraq gözümüzü bağlayıb kənara çəkilə bilmərik. Livanın gələcəyi İordaniya, Yəmən, Bəhreyn, Suriya, Misir kimi hər bir bölgə ölkəsinin qədəriylə formalaşır. Bütün dünyanın gələcəyi bizim bölgədə baş verənlərdən asılıdırsa, biz buna biganə qala bilmərik. Biz kosmosdan gəlməmişik”.

Nəsrullahın sözlərinə görə, İŞİD İsraildən sonra bütün dünya üçün böyük təhlükədir: “Onların əsas hədəfi müqəddəs torpaqlar olan Məkkə və Mədinədir. Səudiyyəli qardaşlarımızı bu mövzuda yaxşı düşünməyə çağırıram. İŞİD-in etdikləri vəhşi Hollivud filmlərinə bənzəyə bilər, amma etdikləri real cinayətlərdir”.

İnterpress.az