Saakaşvili Gürcüstanda çevriliş cəhdindən danışdıbackend

Saakaşvili Gürcüstanda çevriliş cəhdindən danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda Ukraynada vəzifədə olan Saakaşvili bir il sonra tərəfdarları ilə parlament seçkilərində iştirak edəcəyini deyib.

İnterpress.az xəbər verir ki, eks-prezident tərəfdarlarının Gürcüstanda çevriliş hazırlaması barədə məlumatları təkzib edib: “Biz hakimiyyətə seçki yolu ilə qayıdacağıq. Hazırda Gürcüstanda fəlakət baş verir. Hazırki hakimiyyət ölkəni yoxsulluq həddinə gətirib”.

Qeyd edək ki, Gürcüstan prokurorluğu Ukraynaya müraciət edərək Saakaşvilinin ekstradasiyasını tələb edib.

İnterpress.az