Bu rayonlarda qaz olmayacaqbackend

Bu rayonlarda qaz olmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

18 fevral 2015-ci il tarixdə saat 1000-dan işlər başa çatanadək Qaradağ və Sabunçu rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Fasilələrin yaranması yeni çəkilmiş qaz kəmərinin mənbəyə birləşdirilməsi və qaztənzimləyici qurğunun quraşdırılması ilə əlaqədardır.

Qeyd edək ki, ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyi tərəfindən istehlakçıların təbii qazla fasiləsiz təchiz edilməsi istiqamətində görülən işlərin nəticəsi olaraq, 1 yanvar 2014-cü il tarixə olan məlumata görə, ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 milyon 647 min 906-a çatıb.

İnterpress.az