Marsa getmək üçün 100 nəfərbackend

Marsa getmək üçün 100 nəfər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, mərkəzi Hollandiyada olan “Mars One” layihəsi 2025-ci ildə “Qırmızı planet”ə səyahət planlaşdırır. Müraciət edən 202 min insan bir çox kriteriyalar üzrə sınaqdan keçirilib.

Proyekt 2013-cü ilin aprelindən başlanıb. Layihənin tibb bölümünün rəhbəri Norbert Kraft bildirib ki, ən sona qalan 600 nəfər də “ələkdən” keçirilib və 100 namizəd seçilib.

100 namizədin 50-i qadın, 50 nəfəri isə kişidir. Yaşları 19-60 arası olan bu insanların 33-ü ABŞ-dan, 39-u Şimali və Cənubi Amerikadan, 31-i Avropadan, 16-ı Asiyadan, 7 namizəd isə Afrika və Avstraliyadandır.

“Mars One” 6 kosmanavtdan ibarət dörd dəstə qurmağı planlaşdırır. Şirkət tərəfindən seçilən 24 nəfər Marsda kaloniya qurmaq üçün təlimə başlayacaqlar.

İnterpress.az