Nuland Yerevanda Ermənistanın xarici işlər naziri ilə görüşübbackend

Nuland Yerevanda Ermənistanın xarici işlər naziri ilə görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, iktərəfli münasibətlər, qarşılıqlı əməkdaşlıq, beynəlxalq və regional təhlükəsizlik, terrorçuluqla mübarizə məsələləri müzakirə olunub.

Dağlıq Qarabağ münaqişəsinə gəldikdə isə tərəflər bu problemin dinc yolla və 3 prinsip əsasında həlli üçün səylərin davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Victoria Nuland Ermənistanın demokratiya, vətəndaş cəmiyyətinin möhkəmlənməsi, iqtisadi islahatlar və digər sahələrdə müsbət irəliləyiş əldə etdiyini bildirib.

Tərəflər həmçinin ticarət və investisiya üzrə Ermənistan-ABŞ çərçivə sazişinin hazırlanması məsələsini müzakirə ediblər.

İnterpress.az