MTN əməliyyatla bağlı məlumat yaydı – VİDEObackend

MTN əməliyyatla bağlı məlumat yaydı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimai Əlaqələr İdarəsindən İnterpress.az-a verilən məlumata görə, bu hüquqazidd əməllərin törədilməsinə görə 15 nəfər şübhəli şəxs qismində tutulub.

MTN və Dövlət Gömrük Komitəsi tərəfindən birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan vətəndaşları Əsgərov Rahət Cəlil oğlu, Məmmədov Vasif Yaqub oğlu, Əzimov Bayram Habil oğlu, habelə Cəfərov Binnət Vidadi oğlu, Əliyev Yusif Kamal oğlu, Mehdiyev Oqtay Muxtar oğlu, Cəfərov Qara Vidadi oğlu, Həsənov Elnur Camal oğlu, Muradov Loğman Şükür oğlu və Ukrayna vətəndaşı Bayramov Əli Yusif oğlu Ukraynadan ölkəmizə narkotik vasitələrin qanunsuz daşınmasında şübhəli şəxs qismində saxlanılıb, onlardan ümumilikdə 24 kiloqram 500 qramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Əməliyyat çəkilişini sizə təqdim edirik:

İnterpress.az