Putinin “gözəllik” sirləri açıldıbackend

Putinin “gözəllik” sirləri açıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belə ki, 5 dəfə sui-qəsddən sağ qurtulan Putin 2010-cu ildə üzündə estetik əməliyyat aparıb.

İnterpress.az xəbər verir ki, Mişel Renz tərəfindən hazırlanan 45 dəqiqəik “Adam Putin” adlı sənədli film “Rusiya prezidentinin sirləri” adı ilə təqdim olunub. Filmdə Putinin KQB əməkdaşı kimi Şərqi Almaniyadakı fəaliyyətindən bəhs edilib.

Filmə görə 62 yaşlı Putin keçmişdə azı 5 dəfə sui-qəsdə məruz qalıb. Ancaq onun öldürülmə planının tarixləri və təfərrüatları verilməyib.

Bir hadisədə keçmiş KQB əməkdaşının Putinin İngiltərədə Hitroo aeraportunda öldürməyə çalışdığı iddia edilib. Sui-qəsdin qarşısı Rusiya kəşfiyyatının ingilis həmkarlarını məlumatlandırmasından sonra alınıb.

Putin 1985-1990-cı illərdə Şərqi Almaniyada işləyərkən mərkəzdən gələn əmrlərə riayət etmədiyi və öz agent sistemini qurduğu bildirilir.

ZDF kanalının iddiasına görə, Putin 2010-cu ildə üzündə estetik əməliyyat etdirərək üzünün dərisini dartdırıb.

İnterpress.az