Hava şəraiti ilə bağlı xəbərdarlıqbackend

Hava şəraiti ilə bağlı xəbərdarlıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 20-də qərb rayonlarından başlayaraq 23-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilərlə yağıntılı olacağı, sulu qar və qar yağacağı gözlənilir. Fevralın 20-i gündüzdən fevralın 23-dək ayrı-ayrı yerlərdə arabir güclənən şimal-qərb küləyi əsəcək. Yollar buz bağlayacaq.

Bakı və Abşeron yarımadasında isə fevralın 20-i günün ikinci yarısından şimal-qərb küləyinin güclənməsi, fasilələrlə yağıntılı olması, sulu qar və qar yağması gözlənilir. Fevralın 20-i axşam, fevralın 21-22-də havanın temperaturu gündüz 0 dərəcəyə yaxın, gecə saatlarında 2 dərəcəyədək şaxta olacağı proqnozlaşdırılır.

Fevralın 21-də şimal-qərb küləyinin güclü olacağı gözlənilir.

Hava şəraiti ilə bağlı dəqiqləşmiş məlumatlar ətraflı şəkildə ictimaiyyətə təqdim olunacaq.

İnterpress.az