Əsgərlərin “Viaqra”sına milyonlar xərclənirbackend

Əsgərlərin “Viaqra”sına milyonlar xərclənir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bundan əlavə 84 milyon dollar cinsi zəifliyə qarşı dərmanlara ayrılıb.

İnterpress.az xəbər verir ki, son 4 ildə ABŞ-ın hərbi büdcəsindən bu məqsədlə 294 milyon dollar xərclənib. Hərbi nəşrin yazdığına görə, bu pula 4 ədəd beşinci nəsil F-35 qırıcısı almaq almaq olar.

Ötən il hərbçilərə (bura hazırda xidmət edən və ya istefada olanların özləri və ailələri də daxildir) milyondan çox resept yazılıb. Bununla yanaşı qeyd olunur ki, “Viaqra” təkcə erektil disfunksionallığa qarşı yox, həm də arterial hipertenziya üçün istifadə olunub. İmpotensiyanın səbəbi kimi depresiya, nevroloji xəstəliklər, zədə göstərilir.

Nəşrin yazdığına görə, son 10 ildə ABŞ-da “Viaqra” istifadə edən hərbçilərin sayı iki dəfə artıb. Hazırda Amerika ordusunda əsgərlərin sayı 540 mindir. Milli Qvardiyada 350 min, ehtiyatda isə 200 min hərbçi var.

İnterpress.az