Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə


Dünya  

Almaniya Yunanıstanın maliyyə yardımı barədə xahişini rədd edib

Almaniya Yunanıstanın avrozona kredit proqramının 6 ay müddətinə uzadılması barədə xahişini rədd edib

Dərc edilib: 19 fevral 2015 [22:25]
Baxış sayı: 1958

Almaniyanın rədd qərarından bir qədər əvvəl Avropa Komissiyası Yunanıstanın xahişinin "pozitiv" olduğunu bildirmişdi.

Yunanıstan sərt iqtisadi şərtlərə əməl edilməsini nəzərdə tutan mövcud kredit proqramını təzələmək əvəzinə, 6 ay müddətinə hesablanmış yeni yardım paketi almağa səy göstərir.

Lakin Almaniya Maliyyə Nazirliyinin sözçüsü deyib ki, Yunanıstanın təklifi "problemin çozülməsini təmin etmir".

Afinada BBC müxbirinin sözlərinə görə, Yunanıstanın təklifinə Almaniyanın rədd cavabı "Brüssel ilə Berlin arasınnda ən yüksək səviyədə çatın əmələ gəldiyindən xəbər verir"

"Vəziyyətin nə ilə bitəcəyi aydın deyil, lakin Yunanıstana yardım göstərilməsi məsələsində razılığın əldə ediləcəyi yenidən şübhə altına alınıb", BBC müxbiri qeyd edib.

Yunanıstan 6 aya hesablanmış yeni borc istəməklə həmin dövr ərzində "tələsmədən, təzyiq və hədəsiz şəraitdə" uzun müdətli iqtisadi artım və borçların tədricən ödənməsini nəzərdə tutan proqramın işlənib hazırlanacağına ümid edir.

Yunanıstan 6 aylıq maliyyə yardımının göstərilməsinə dair xahiş məktubunda həmin dövr ərzində "maliyyə balansının" gözlənəcəyini vədi edib.

Almaniya Maliyyə Nazirliyi Yunanıstanın təklifini "kredit proqramının şərtlərinə əməl etmədən maliyyə almaq cəhdi" adlandırıb.

Rəsmi Berlinin qənaətinə görə, "Yunanıstanın təklifi bazar ertəsi günü Avroqrupla razılaşdırılmış şərtlərə cavab vermir".

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 218