Elnarə Abdullayeva konsertə görə məhkəməyə verilirbackend

Elnarə Abdullayeva konsertə görə məhkəməyə verilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu həbsdən yeni çıxmış tanınmış hüquqşünas Qurban Məmmədov bildirib.

Onun sözlərinə görə, konsert biletlərinin baha olduğuna görə Elnarə Abdullayevanı məhkəməyə verəcək: “İndi məni bir hüquqşünas kimi görün nə düşündürür! Mənim və ailə üzvlərimin Allahın Elnarə xanıma vediyi səsdən feyziyab olmaq haqqı var, ya yox? Mənim və ailə üzvlərimin, xüsusilə də, nəvələrimin milli müsiqimizi Elnarə xanımın ifasında dinləmək, bu yolla da informasiya almaq hüququmuz var ya yox? Bəs mənim kimi milyonlarla kasıb Azərbaycan vətəndaşlarının necə? Konsert musiqi haqqında informasiya mənbəyi hesab edilməlidir, ya yox? Bu ciddi məsələni hüquqi müstəvidə həll etmək üçün mən Elnarə Abdullayevanı məhkəməyə verəcəyəm. Qoy məhkəmə qərar versin görək Allahın verdiyi səsi, talantı belə baha satmağa Elnarə xanımın nə haqqı var”!

Qurban Məmmədov məsələ ilə bağlı İnterpress.az-a bildirib ki, problemi olduqca ciddi hesab edir: “Təbii ki, özümün buna vaxtı olmaya bilər, ancaq cavanlardan biri ilə danışıb bu hüquqi dartışmanı başlatdıracağam. Lazım gəlsə, özüm də şəxsən qoşulacağam”.

İnterpress.az