Poroşenko və Bayden arasında telefon danışığı olubbackend

Poroşenko və Bayden arasında telefon danışığı olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Ukrayna dövlət başçısının mətbuat xidməti açıqlama yayıb.

“Söhbət zamanı P.Poroşenko və C. Bayden Minsk razılaşmalarından sonra Donbasdakı vəziyyəti müzakirə ediblər. Tərəflər həmçinin mövqelərin əlaqələndirilməsinin vacibliyini qeyd edərək ABŞ, Avropa İttifaqı və Ukraynanın gələcək addımlarını müzakirə ediblər. Bununla bağlı Ukrayna prezidenti israr edib ki, vəziyyət sabitləşmədiyi halda ABŞ və Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları genişləndirməli, eyni zamanda, Ukraynanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə yönələn tədbirlər həyata keçirməlidir”, sənəddə deyilir.

Tərəflər həmçinin Donbasa sülhməramlı qüvvələrin yeridilməsi məsələsinə toxunaraq bununla bağlı hazırlıq və koordinasiya məsələlərini müzakirə ediblər.

İnterpress.az