Danimarkada rekord uduş qeydə alındıbackend

Danimarkada rekord uduş qeydə alındı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Danimarkada ölkə tarixində ən böyük lotereya məbləği udulub. Yerli mətbuatın yazdığına görə “EuroJackpot” lotereyasından bir nəfər 315 milyon kron (42,2 milyon avro) qazanıb.

Uduşlu bilet Zelandiya adasındakı Helsinger şəhərinin supermarketlərindən birində alınıb. “Biz hələ də tam bilmirik ki, kim qalib gəlib. Ola bilər ki o adam özü də bilmir qalib olduğunu. Çünki bəziləri uduş elan olunan kimi biletlərinə baxmırlar”. Bunu “EuroJackpot”un əməkdaşı deyib.

Onun sözlərinə görə, qalibi mərkəzi ofidə gözləməyəcəklər, birbaşa biletin alındığı supermarketə gedəcəklər. “Ümid edirik ki, biletin sahibi birbaşa ora gələcək”.

İnterpress.az