Uşaqlar daha təhlükəsiz video izləyəcəkbackend

Uşaqlar daha təhlükəsiz video izləyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, “Youtube” saytı yaxın günlərdə uşaqlar üçün xüsusi yeni xidməti işə salacaq. “YouTube Kids” adlı sistem valideynlərin video yükləyən uşaqlara nəzarətini artıracaq və məhdudiyyətlər gətirəcək.

Fevralın 23-də ilk dəfə Amerikada tətbiq olunacaq sistem “youtube”dan ayrı bir xidmət olacaq. Bu sistemlə valideynlər baxılan videonın müddətinə limit qoymağa imkan verəcək. Bundan başqa axtarış bölməsinin açılıb bağlanılması da mümkün olacaq.

YouTube Kids şoular, musiqi, öyrənmək və kəşf etmək adlı dörd bölmədən ibarət olacaq. Yeni sistem uşaqlara da istədikləri mövzuda axtarış etmək imkanı da verəcək.

İnterpress.az