Rusiyadan qorxan amerikalıların sayı sürətlə artırbackend

Rusiyadan qorxan amerikalıların sayı sürətlə artır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İki il əvvəl rəyi soruşulanların yalnız 2%-i bu fikirdə idisə, 2014-cü ildə Rusiya ilə Birləşmiş Ştatlar arasında gərginliyin artmasından sonra bu göstərici 9%-ə çıxmışdı.

İndi isə bu cür düşünənlərin sayı 18%-ə qədər artıb. Bununla da Rusiya ABŞ-ın əsas düşmənləri siyahısında Şimali Koreyanı da geridə qoyaraq ilk sıraya çıxıb.

Sorğu fevralın 8-dən 11-dək olan müddətdə, yəni beynəlxalq ictimaiyyətin Ukrayna ilə onun şərqindəki rusiyameyilli separatçılar arasında atəşkəs razılaşmasına vasitəçilik etdiyi bir vaxtda keçirilb.

Sorğunun nəticələrinə görə, getdikcə daha çox amerikalı Rusiyanın hərbi qüdrətini ABŞ üçün ciddi təhlükə sayır. Bir il öncə belə düşünənlər rəyi soruşulanların 32%-ni təşkil edirdisə, bu il 49% olub.

Rusiya “Amerikanın düşmənləri” siyahısında \”liderliyi\” ələ keçirdiyindən əvvəlki illərdə siyahının başında durmuş ölkələr (2014-cü ildə Çin, 2011-ci və 2012-ci illərdə İran) bu il geriləyiblər. Başlıca düşmən kimi Çinin adını çəkənlər bir il ərzində 8% azalaraq 12%-ə düşüb. İranı əsas düşmən kimi görənlər də 7% azalıb və hazırda 9%-dir.