Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Bakı işıqsız qaldı

Qar "Azərişıq" ASC-ni çətin vəziyyətə salıb.

Dərc edilib: 22 fevral 2015 [13:20]
Baxış sayı: 3397

Kəskin hava şəraiti Bakının bir çox yerlərini işıqsız qoyub.

"Azərişıq" ASC-nin 199 qaynar xəttinə düşə bilməyən sakinlər ANS PRESS-ə müraciət edirlər. Daxil olan şikayətlərə əsasən, demək olar ki, Bakıətrafı kənd və qəsəbələrin 90 faizinə dünəndən elektrik enerjisi verilmir.

Belə ki, Bakının Sabunçu, Mehdiabad, Məhəmmədi, Balaxanı, Günəşli, Saray, Digah qəsəbələrində, Xətai rayonu ərazisində yaşayan sakinlər dünən gecədən elektrik enerjisinin kəsildiyini bildirirlər. Sakinlər həmçinin qaz və su təchizatında da ciddi problemlərin olduğunu deyirlər.

Sabunçu rayonunun Zabrat qəsəbəsinin sakinlərinin sözlərinə görə, dünən gün ərzində elektrik enerjisinin verilməsində fasilələr yaranmışdı. Lakin bu gün səhər 4-dən etibarən elektrik enerjisinin verilməsi dayandırılıb və hələ də bərpa edilməyib.

"Bir gün qarın yağması ilə bütün həyat iflic oldu, işıqlar sönüb. Yollar bərbad vəziyyətdədir. Evdə körpə uşaq, yaşlı anam var. Şikayət etməyə yer yoxdur. Heç bir qurum, qaynar xətt cavab vermir. Maraqlanmırlar", - deyə şikayətçilərdən biri bildirib.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev vəziyyəti inkar etməsə də açıqlama verə bilmədi...

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 162