Türk ordusu Suriyada – VİDEObackend

Türk ordusu Suriyada – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Türkiyə mətbuatına istinadə xəbər verir ki, gece saatlarında Türkkiyə Silahlı Qüvvələri 39 tank və 572 əsgərlə Suriyada yerləşən Süleyman Şah Türbəsinə \”Şah Fırat\” adını verdiyi əməliyyat həyata keçirib. Türkiyə Silahlı Qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində Süleyman şahın nəşinin qalıqları və \”Süleyman Şah\” Fəxri Mühafizə Alayının əsgərləri Türkiyəyə gətirilib.

Məlumatda qeyd olunub ki, Süleyman Şahın cəsədinin qalıqları Suriyanın Türkiyə ilə sərhədinə 200 metr məsafədə olan Eşme bölgəsində mühafizə ediləcək.

Ötən gecə Türkiyə əsgərləri Suriyanın Eşme bölgəsini nəzarət altına alıb və həmin ərazidə Türkiyə bayrağını qaldırıblar.

Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib ki, \”türbədən götürülmüş mənəvi əmanət dini törənlə bir neçə günlük Türkiyədə mühafizə ediləcək\”. Daha sonra isə Süleyman Şahın nəşinin qalıqları Suriyanın Eşme bölgəsində türk əsgərlərinin nəzarətində olan ərazidə dəfn ediləcək.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan da əməliyyatı izlədiyini bildirib.

O, yaydığı yazılı açıqlamada daha öncə də iki dəfə Süleyman Şah Türbəsinin və Fəxri Mühafizə Alayının yerinin dəyişdirildiyini qeyd edib: \” Süleyman Şah Türbəsi və Fəxri Mühafizə Alayı yenə beynəlxalq hüquq və razılaşmalar çərçivəsində yeni məkana köçürüləcək, orda bayrağımızı dalğalandırmağa və əcdadımızın xatirəsini yaşatmağa davam edəcəyik\”.

Türkiyə prezidenti qeyd edib ki, əməliyyatı keçirməkdə məqsəd Süleyman Şah Türbəsini Suriya ərazisində daha təhlükəsiz bir yerə nəql etmək olub. O bildirib ki, əməliyyat uğurla başa çatıb. Əməliyyat zamanı heç bir silahlı qarşıdurma olmayıb, bir əsgər qəza nəticəsində şəhid olub.

İnterpress.azhttps://youtube.com/watch?v=RMAKUwlKHcU