“Xarkovda antiterror əməliyyatı keçirilir”backend

“Xarkovda antiterror əməliyyatı keçirilir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdaviə Şurasının (SNBO) katibi Aleksandr Turçinov xəbər verib.

Aleksandr Turçinovun sözlərinə görə, ötən ilin Maydan hadisələrində həlak olanların xatirəsini yad etmək məqsədilə keçirilən dinc yürüş iştirakçıları hədəfləyən partlayış məsafədən idarəedici cihaz vasitəsilə həyata keçirilib.

Ukrayna Təhlükəsizliki Xidmətinin (SBU) məlumatına əsasən, partlayış nəticəsində 2 nəfər həlak olub, 11 nəfər yaralanıb.

Ukrayna DİN rəhbərinin müşaviri Anton Geraşşenkonun sözlərinə görə, terror aktı peşəkarcasına həyata keçirilib.

\”Yürüşün keçəcəyi yolun qırağında yerləşdirilmiş partlayıcı qurğu qarla örtülmüşdü. Partlayıçı qurğu məsafədən idarə olunub. Yürüşçülər həmin yerə çatan kimi partlayış baş verib\”, Daxili İşlər nazirinin müşaviri bildirib.

Partlayış faktı ilə bağlı cinayət işi açılıb.

Hadisə yerində istintaq-əməliyyat qrupu üzvləri, mütəxəssislər və kriminalist-ekspertlərin işlədiyi qeyd olunur.

Zərərçəkənlərə tibbi yardım göstərilir, onlar xəstəxanalara çatdırılıb.

Məlumatlara görə, Xarkovda partlayış törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Bunu Facebook səhifəsində SBU başçısının müşaviri Markiyan Lubkovski bildirib.

Şahidlərdən birinin sözlərinə görə, partlayış yerli vaxtla günorta saat 1 radələrində İdman sarayı yaxınlığında baş verib.

SNBO katibi Aleksandr Turçinov təhlükəsizlik strukturların Xarkovda antiterror əməliyyatına başladıqlarını bildirib:\”Artıq partlayışın 4 iştirakçısı saxlanılıb, onlardan silah, o cümlədən, qumbaraatan götürülüb\”.

\”Antiterror əməliyyatı davam edir\”, Aleksandr Turçinov qeyd edib.

Onun təbirincə, SBU-nun məlumatına əsasən, terror aktını törətmiş qrup Rusiyanın Belqorod şəhərində təlim keçib.

Ukraynada Maydan hərəkatının və Viktor Yanukoviç hakimiyyətinin devrilməsinin 1-ci ildönümü ilə əlaqədar bazar günü paytaxt Kiyev və Ukraynanın bir sıra digər şəhərlərində yürüş aksiyaları keçirilib.

İnterpress.az