Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Azərbaycan ən çox “fast-food” yeyilən ölkədir - ARAŞDIRMA

Hansı ölkələrdə daha çox tərəvəz yeyilir, hansı ölkələrdə “fast food” yeməklərinə üstünlük verilir?

Dərc edilib: 24 fevral 2015 [12:45]
Baxış sayı: 3589

İnterpress.az xəbər verir ki, “Global Burden of Diseases Nutrition and Chronic Diseases Expert Group” (NutriCoDE) bu sahədə araşdırmalar aparıb. “The Lancet Global” jurnalında çıxan məqalədə 4,5 milyard insanın qida rasionu tədqiq edilib. Dünyadakı insanların 90%-ni əhatə edən sosial araşdırmaya görə, ən çox tərəvəz yeyilən ölkələr aşağıdakılardır:

1.Tunis
2.Barbados
3.Kabo-Verde
4.Marviki
5.İsrail
6.Qətər
7.Kipr
8.Seyşel adaları
9.Mali
10.Qrenada

Jurnalda həmçinin “fast-food” qidalarının ən çox istifadə edildiyi ölkələrin sıyahısı da verilib.

1.Azərbaycan
2.Çexiya
3.Slovakiya
4. Belçika
5.Xeylunçzyan (Çinin əyaləti)
6.İslandiya
7.Belarus
8.Litva
9.ABŞ
10.Rusiya

Kembric Universitetinin mütəxəssisi, araşdırmanın müəllifi Fumiaki İmamuranın sözlərinə görə, 2020-ci ildə dünyadakı ölümlərin 75%-i infeksion xəstəliklərdən yox, düzgün olmayan qidalanmadan və həyat tərzindən baş verəcək. İnsanlar düzgün qidalanmağa başlasalar bunun qarşısını nisbətən ala bilərlər.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 162