Barselona və Yuventus qələbə qazandı – VİDEObackend

Barselona və Yuventus qələbə qazandı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Günün maraqla gözlənilən oyunu Mançesterdə baş tutub. Ötən mövsüm olduğu kimi yenə 1/8 finalda “Mançester Siti” ilə “Barselona” üz-üzə gəlib. İngiltərə təmsilçisi ötən mövsüm uduzduğu hər iki matçın (0:2, 1:2) qisasını almağa çalışsa da, buna nail olmayıb. Kataloniya təmsilçisi səfərdə rəqibinə 2:1 hesabı ilə qalib gəlib.

Turun digər görüşündə \”Yuventus\” doğma meydanda \”Dortmund Borussiya\”sını qəbul edib. Bu oyunda meydan sahibləri sevinən tərəf olub. Fasiləyə 2:1 hesabı ilə üstün yollanan \”Yuventus\” ikinci hissədə də qələbə hesabını qoruyaraq oyundan qalib ayrılıb – 2:1.

Qeyd edək ki, 1/8 finalın qalan iki qarşılaşması bu axşam keçiriləcək.

24 fevral

Çempionlar Liqası, 1/8 finalın ilk oyunları

23:45. “Mançester Siti” (İngiltərə) – “Barselona” (İspaniya) – 1:2

Qollar: Suares, 16, 30 (0:2), Aquero, 69 (1:2)

Qırmızı vərəqə: Klişi, 74 (\”Mançester Siti\”)

23:45. “Yuventus” (İtaliya) – “Borussiya” (Dortmund, Almaniya) – 2:1

Qollar: Tevez, 13 (1:0), Roys, 18 (1:1), Morata, 43 (2:1)

25 fevral

23:45. \”Arsenal\” (İngiltərə) – \”Monako\” (Fransa)

23:45. \”Bayer\” (Leverkuzen, Almaniya) – \”Atletiko\” (Madrid, İspaniya)

İnterpress.azhttps://youtube.com/watch?v=NXUVZhQGPvMhttps://youtube.com/watch?v=TtuuRSt3-6g