Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



“Qanuni oğru” jurnalisti ölümlə hədələyib

Gürcüstanın “Rustavi 2” telekanalının müxbiri Eka Kvesitadze “qanuni oğru”, Lavasoğlu Batumski kimi tanınan Mindiya Qoradze tərəfindən ölümlə hədələnib.

Dərc edilib: 25 fevral 2015 [10:32]
Baxış sayı: 3211

İnterpress.az xəbər verir ki, bu barədə jurnalist hüquq-mühafizə orqanlarına müraciətində məlumat verib.

Jurnalist bildirib ki, 33 yaşlı “oğru” Mindiya Qoradze onu təhdid edib: “Qanuni oğru” Mindiya Qorqadze mənə zəng edərək təhdid etdi. Ümid edirəm ki, bununla bağlı tədbir görüləcək”.

Gürcüstanın Daxili İşlər Nazirliyi müraciətlə bağlı araşdırmaya başlayıb.

Jurnalistin hədələnməsinə səbəb müəllif proqramında “qanuni oğru”lardan, o cümlədən Mindiya Qorqadzeyə yer ayrması olub. Müəllif bildirib ki, Qorqadze dəfələrlə Gürcüstana ekstradisiya olunub, ancaq hər dəfə müxtəlif yollarla ölkədən çıxmağı bacarıb.

Jurnalist bildirib ki, “qanuni oğru” hələ də Acarıstanda nəzarəti əlində saxlayır ki, bu işdə ona hətta hüquq-mühafizə orqanlarının bəzi əməkdaşları yardım edir.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 162