Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Nazirlikdən yeni təyinat

Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinə yeni direktor təyin olunub.

Dərc edilib: 25 fevral 2015 [11:53]
Baxış sayı: 4678

Mərkəzə direktor təyin olunan Firuzə Sultan-zadə 1990-cı ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsini bioloq, biologiya və kimya müəllimi ixtisası üzrə bitirib. Biologiya elmləri namizədi F.Sultan-zadə 1997-2011-ci illərdə Bakı Dövlət Universitetinin “Onurğalılar zoologiyası və bioekologiya” kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində işləyib, 2011-ci ildən “Bioekologiya” kafedrasında ekologiya və torpaqşünaslıq fakültəsində dosent vəzifəsində çalışır. 40 elmi əsərin, 15 dərslik və dərs vəsaitinin müəllifidir.

1999-ci ildən elmi-ictimai “EkoSfera” Sosial-Ekoloji Mərkəzinin rəhbəridir. 2000-2015-ci illər ərzində ekoloji təhsil və maarifləndirmə, Azərbaycanın mədəni və təbii irsinin qorunması, muzey pedaqogikası, ekoloji və mədəni uşaq və gənclər üçün interaktiv turizmin inkişafı, xüsusi mühafizə olunan təbiət ərazilərinin idarəçiliyi, biomüxtəlifliyin və aqrobiomüxtəlifliyin mühafizəsi sahəsində 60-dan çox milli və beynəlxalq ekoloji layihənin müəllifi və koordinatoru olub.

Ekoloji və mədəni turizm sahəsində çalışan F.Sultan-zadə Dünya Bankının “Mədəni irsin qorunması” layihəsi çərçivəsində də icma inkişafı üzrə mütəxəssis işləyib. 1999-cu ildən YUNESKO-nun Azərbaycanın təbii və mədəni irsinin qorunması və muzey pedaqogikasının inkişafı sahəsində ekspertidir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində yaradılan Etno-Ekoloji Mərkəzin rəhbəridir.

Ətraf mühitin mühafizəsi və ictimai fəaliyyətinə görə “Dədə Qorqud” Milli Fondu tərəfindən “Qızıl ürək” ordeni, eləcə də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Fəxri fərmanı ilə təltif edilib.

F.Sultan-zadənin elmi və beynəlxalq təşkilatlarla iş təcrübəsi, gənc nəslin ekoloji biliklərinin artırılmasında yeni yanaşmaların tətbiqinə, Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin və ümumilikdə ekoloji mərkəzlərin işinin müasir dövrün tələbləri səviyyəsində qurulmasına töhvə vermiş olacaq.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 162