13 dərəcəyədək isti olacaqbackend

13 dərəcəyədək isti olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gündüz mülayim şimal-şərq küləyi əsəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq.

Havanın temperaturu gecə 1-3 dərəcə isti, gündüz 8-13 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, bəzi şərq rayonlarında çiskin olacaq. Cənub küləyi gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturu mərkəzi Aran rayonlarında gecə 0-5 dərəcə isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacaq.

Tibbi meteoroloji proqnoza gəlincə, fevralın 27-28-də Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda gündüz arabir güclənən gilavar bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

İnterpress.az