FHN əməkdaşı: “Bank məni işdən qovdurmaqla hədələyir”backend

FHN əməkdaşı: “Bank məni işdən qovdurmaqla hədələyir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şikayətçinin sözlərinə görə, 10 ildir Dövlət Yanğından Mühafizə Xidmətinin Ucar rayon şöbəsində bölmə komandiri vəzifəsində işləyir: “İşimdən və dövlətimizin verdiyi maaşdan çox razıyam. Ancaq Bank Respublikanın Göyçay filialı ilə Kapital Bankın Ucar filialı mənim aldığım 440 manat əmək haqqının hamısını kredit borcuna götürdüklərinə görə ailəm yoxsulluq şəraitində, acınacaqlı vəziyyətdə yaşayır. Himayəmdə olan 3 azyaşlı uşağın həyat və sağlamlıqları ciddi təhlükədədir. Ata evində darısqallıq olduğuna görə yeni ev tikdirmək üçün bu banklardan kredit götürdüm. İlk növbədə mən elə bilirdim ki, götürdüyüm kredit pula görə aylıq maaşımın yarısını bank alacaq. Ancaq belə olmadı. Bank Respublikanın Göyçay filialı maaşımın hamısını birbaşa götürdü. Hətta məndən əlavə pul da tələb edirlər. İndi isə məni qorxudurlar ki, tezliklə krediti ödəməsən Fövqəladə Hallar Nazirliyinə müraciət edib məni işdən qovduracaqlar. 10 ildir ki, FHN-nin Yanğından Mühafizə Xidmətinin Ucar rayon şöbəsində işləyirəm. Nizam-intizamı daima gözləmişəm. Mənim əmək haqqımı tamamilə əlimdən alıb ailəmi dilənçi vəziyyətinə salan Respublika və Kapital Bank indi məni işdən qovma ilə hədələyirlər ki, bu, haqsızlıqdır. Bankdan kredit götürmüşəm, borcum var, bunun məsuliyyətini bilirəm və hər ay ödəyirəm. Ancaq mən bank rəhbəliyinə müraciət edib xahiş etdim ki, ailə vəziyyətimi nəzərə alıb maaşımın yarsını borcuma çıxsınlar. Ailəm acından ölməsin. Bunlar isə məni işdən qovdurmaqla hədələdilər”.

Bütün əlaqədar orqanlara müraciət edən şikayətçi əmək haqqının heç olmasa yarısının özündə qalması üçün kömək göstərilməsini istəyib.

FHN əməkdaşı: “Bank məni işdən qovdurmaqla hədələyir”

İnterpress.az