Varşavadakı Ermənistan səfirliyi qarşısında etiraz aksiyası keçirilibbackend

Varşavadakı Ermənistan səfirliyi qarşısında etiraz aksiyası keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə onlardan biri Ramal Məmmədli məlumat verib.

Aksiyanın təşkilatçısı, Dünya Azərbaycanlıları Konqresinin Polşa nümayəndəliyinin rəhbəri Nail Əhməd bildirib ki, məqsəd Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalına son qoyulmasını tələb etmək olub.

Aksiya iştirakçılarından biri “Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutu”nun rəhbəri Əhməd Şahidov isə deyib ki, məqsədlərdən biri də azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin Dağlıq Qarabağda qanunsuz həbsinə etiraz bildirmək olub.

Aksiyaçılar polyak , Azərbaycan və ingilis dillərində “Xocalıya ədalət” “Azərbaycanlı girovlara azadlıq” kimi şüarlar səsləndiriblər.

İnterpress.az