Ermənistanda ara yenidən qarışdıbackend

Ermənistanda ara yenidən qarışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mitinq Sarkisyan hakimiyyətinin 2008-ci ildə qətlə yetirdiyi ermənilərin xatirəsinə həsr olunub.

Aksiyanın aparıcısı olan Aram Manukyan deyib ki, yeddi il əvvəl bu gün Ermənistan hakimiyyəti silahsız xalqa hücum edib: “Ermənistanda iki gün qırğınlar davam etdi. 10 nəfər öldü, 150 nəfərdən çox insan yaralandı və o gündən bəri ölkədə avtoritar rejim quruldu. Bu faciənin təşkilatçıları və icraçıları isə hələ də cəzasız qalıblar”.

Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan isə çıxışında martın 1-nin Ermənistan üçün \”milli yas, etiraz və dövlət terroru günü\” olduğunu qeyd edib və hazırkı hakimiyyəti “xalqın qanı üzərində qurulduğunu” qeyd edib.

Xatırladaq ki, 19 mart 2008-ci ildə Ermənistanda prezident seçkiləri keçirilib və ölkənin Mərkəzi Seçki Komissiyası o zamankı baş nazir Serj Sarkisyanın qalib gəldiyini elan edib.

Müxalifət isə nəticələrlə razılaşmayaraq, fevralın 20-dən fasiləsiz etiraz aksiyalarına başlayıb. 1 mart 2008-ci ildə Ermənistan xüsusi təyinatlıları İrəvanın Azadlıq meydanında keçirilən mitinqini dağıdıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları meydanda qurulmuş çadırları yığışdırıblar, aksiyanın dağıdılması zamanı dəyənəklərdən, gözyaşardıcı qazdan və digər vasitələrdən istifadə olunub.

Toqquşmalar nəticəsində 10 nəfər ölüb, 150-dən çox aksiya iştirakçısı yaralanıb.

Hadisələrdən dərhal sonra Ermənistanda 20 günlük fövqəladə vəziyyət elan olunub.

Interpress.az