Kürdəmirdə minik avtomobili ilə yük maşını toqquşubbackend

Kürdəmirdə minik avtomobili ilə yük maşını toqquşub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə Bakı-Qazax magistral yolunun 193-cü km-də – Kürdəmir rayonunun Çöhranlı kəndindən keçən hissəsində qeydə alınıb.

Atayev Vüsal Süleyman oğlunun idarə etdiyi “Mercedes” markalı minik maşını ilə Əliyev Kamal Dəmir oğlunun idarə etdiyi “Howa” markalı yük maşını toqquşub.

Nəticədə, minik maşınının sürücüsü V. Atayev, sərnişinləri – Atayeva İradə Muxtar qızı və Abbasova Aygül Arif qızı müxtəlif xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Hadisənin başvermə səbəbi araşdırılır. ( apa )

İnterpress.az