Polis bölməsi atəşə tutuldu: 1 ölübackend

Polis bölməsi atəşə tutuldu: 1 ölü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Respublikanın Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə Babayurovski rayonunda baş verib.

İnterpress.az xəbər verir ki, yerli vaxtla səhər saat 05:00-da Xammatyurt kəndi yaxınlığında naməlum şəxs yaxınlıqdakı meşə massivindən polis bölməsini atəşə tutub. Cavab atəşiylə hücum edən öldürülüb. Polislər arasında xəsarət alan olmayıb.

Hazırda cinayətkarın şəxsiyyəti müəyyənləşdirilir. Onun üzərindən tapança aşkar olunub. Hadisə yerinin yaxınlığında sahibsiz Vaz-2110 markalı avtomobil tapılıb.

İnterpress.az