Amerikalı alim: “Soyqırımı ermənilər törədib” – VİDEObackend

Amerikalı alim: “Soyqırımı ermənilər törədib” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Luisvilli Universitetinin alimi bununla bağlı əllərində minlərlə sənəd olduğunu vurğulayıb.

MakKarti Toronto Universitetində Kanada Türk Dərnəkləri Federasiyası tərəfindən təşkil olunan “Şərqi Anadoluda insanlıq faciəsinin 100-cü ili” konfransında 1915-ci il hadisələri ilə bağlı məlumat verib: “Bu proseslər din qaynaqlı idi. Müsəlman çoxluğun əhatəsində olan ermənilər Rusiyanın təşviqiylə dövlət olmaq istədilər. Bir dövlətin də vətəndaşlarının üsyanına qarşı tədbir görməsini soyqırım kimi qiymətləndirə bilmərik. Ermənilər yaşadıqları dövlətə qarşı üsyan etdilər. Bunun adı nədir? Buna vətənə xəyanət deyərlər”.
Alim daşnakların Van şəhərini işğal edərkən orada qətliam törətdiklərini ifadə edib: “O dövrdə Osmanlı dövləti ordusunun ən yaxşı hissələri şərqdə idi. Ermənilər Bağdad dəmiryolunu dağıtmağı, bu yolla Osmanlı dövlətinə zərbə vurmağı təklif etdilər. Bağdad dəmiryolunun işləməməsi Osmanlı dövlətinin yarısının itirilməsi, müharibənin də udulması mənasına gəlirdi. Ermənilər ingilislərə təklif etdilər ki, cənubdə və şərqdə qarışıqlıqlar yaradaraq kömək etsinlər”

MakKartinin fikrincə, belə vəziyyətlərdə dövlət insanlarını qorumalı idi: “Osmanlı da elə etdi. Erməniləri problem yaratdıqları bölgələrdən başqa yerlərə apardılar. Hətta Osmanlı erməniləri ermənilərdən qorudu. Ermənilərin nifrət etdiyi Camal Paşa acından ölmək üzrə olan ermənilərə ərzaq payladı”.
Professor ermənilərin şərqdə Osmanlı əsgərlərini, məmurlarını öldürdüyünü, işgəncə verdiyini, bu hadisələrdən məsul olan erməni tapılmadığını xatırladaraq “İndi soyqırımda kim günahkarıdır? Hər halda Osmanlı deyil” deyə vurğulayıb.

Bütün bu hadisələr fonunda Osmanlı hakimiyyətinin istəyəcəyi təqdirdə erməniləri rahatca öldürə biləcəklərinə diqqət çəkən MakKarti sadəcə onların yerlərinin dəyişdirildiyini bildirib: “Bəziləri 100 ildir Osmanlının erməniləri qırdığı barədə sənəd axtarır. Əlimizdə minlərlə sənəd var. Bu sənədlər türklərin deyil, ermənilərn soyqırım törətdikərini göstərir. Osmanlı arxivləri açıqdır, amma erməni arxivləri yox. Tarix elmi insanların bir- birilərini öldürməsinə savaş deyir. 1915-ci ildə olanlar da soyrıqım yox, savaşdır”.

ABŞ-ın keçmiş prezidentlərindən Ronald Reyqanın müşaviri də olmuş Brus Feyn də bir hadisəyə soyqırım deyilə bilməsi üçün kriteriyaların olduğunu və 1915-ci ildə olanların bu çərçivədə soyqırım kimi qəbul edilməməsinin vacibliyini deyib.


İnterpress.az