Evləri söküləcək sakinlərlə şirkət arasında qalmaqalbackend

Evləri söküləcək sakinlərlə şirkət arasında qalmaqal

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sakinlərdən Abdulla Abdullayev bildirib ki, ünvandakı 14 mənzilli bina sökülərək yerində hündürmərtəbəli yaşayış binası tikiləcək: “Mənizlərin yerində tikinti aparan “Orbita” MTK mənzillərin yerinə ancaq mənzil təklif edib. Ancaq bu zaman əlavə tikililər nəzərə alınmır. Şəxsən mənim özümün əlavə olaraq 1 otaq, 1 mətbəxdən ibarət tikilim var. 30 ilə yaxındır ki, bu tikili mövcuddur. İndi mənzillərin söküləcəyi təqdirdə həmin əlavə tikililərə görə kompensasiya ödənilməyəcəyi bildirilib. Bundan əvvəl də gəlib tikilinin üzərindəki sarmaşıqları qoparıblar. Qorxuruq ki, günlərin birində tikililəri də belə xəbərsiz sökəcəklər. Şirkətin nümayəndələri bizə bildiriblər ki, söküləcək mənzillərin yerinə mənzil veriləcək, ancaq bunun üçün zaman lazımdır. Biz isə bu müddətdə kirayədə yaşamaqla razılaşmırıq. Bundan başqa əlavə tikililərə pul ödənilməyəcəyi bizi razı salmır”.

Məsələ ilə bağlı “Orbita” MTK-nın satış şöbəsinin meneceri Vüqar Hüseynov İnterpress.az əməkdaşı ilə söhbətində əlavə tikililərə pul ödənilməyəcəyini təsdiqləyib. Bunu isə əlavə tikililərin sənədsiz olması ilə əlaqələndirib. Bildirib ki, Bakı Şəhər İcra Hakimiyəti ilə razılaşdırılmayan tikililərə vəsait ödənilməyəcək: “Qeyri-qanuni, sənədsiz tikililərə vəsait ödənilməyəcək. Qarajlara və digər mənzillərə isə kompensasiya ödənilir. Sakinlər istəsələr hər kvadrat metri 1500 manatdan pul ala, ya da mənzillə təmin edilə bilərlər”.

Elnarə
İnterpress.az